“Bu layihə Ənvər Paşalardan, Atatürklərdən günümüzə çatan xəyalın başlanğıcıdır” – VİDEO

media-hightechnic-468x90

“Bu layihə Ənvər Paşalardan, Atatürklərdən günümüzə çatan xəyalın başlanğıcıdır”.

Bunu Yenicag.az-a videomüsahibəsində MASİAD (Manavgat Sanayici ve İş İnsanları Derneği) İdarə Heyətinin Məsləhətçisi Dos.Dr. Fatih Fuat Tuncer deyib.

Azərbaycanda səfərdə olan MASİAD üzvü bütün dünyanın yalnız Bakının yox, eyni zamanda Şuşanın və ümumilikdə Qarabağın gözəlliklərini görməli olduğunu diqqətə çatdırıb.

“Azərbaycanda çox böyük turizm potensialı var. Bunun davamlı olaraq canlandığını görürük. Ölkədə bütün dünya ilə yarışacaq hotellər mövcuddur. Qaldığımız hotelin London, İstanbul və Antalyadakılardan heç bir əskiyi yoxdur. Tam əksinə, Qərbdə olmayan müsbət bir şey var burada – biz, yəni türk milliyyətinə xas olan qonaqpərvərlik”, – deyə o bildirib.

Əlavə olaraq F. F. Tuncer Zəngəzur dəhlizinin (Tramp yolu) açılması ilə birgə Qars-İğdır-Aralıq-Dilucu dəmiryolu xəttinin önəmindən danışıb.

O, bildirib ki, bu layihə Ənvər Paşalardan, Atatürklərdən günümüzə çatan xəyalın başlanğıcıdır:

“Gerçəkləşdirilən layihə nəticəsində iki dövlət, bir millətin yenidən birləşməsinə şahid olacağıq. Bu, bizə həm daha yaxın olma fürsətini verəcək, həm də Qafqazın iki güclü dövləti – Azərbaycan və Türkiyənin Türk dünyası ilə əlaqəsini asanlaşdıracaq”.

Ətraflı videomaterialda:

Nəsimi Ələsgərli

Samir Məcidov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa