Bu müayinə icbari tibbi sığorta hesabına qarşılansın - TƏKLİF

media-hightechnic-468x90

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov xərçəng hüceyrələrinin müəyyən edilməsində istifadə olunan Pozitron Emissiya Tomoqrafiyası (PET) xərclərinin icbari tibbi sığorta təminatına alınmasını təklif edib.

Yenicag.az-ın məlumatına görə, komitə sədri bu təkliflə parlamentdə 2025-ci ilin büdcə zərfinin müzakirəsi zamanı çıxış edib.

“Son həddə dəqiq diaqnozun qoyulmasında vacib müayinə üsulu sayılan PET müayinə üsulu təəssüf ki, Azərbaycanda icbari tibbi sığorta təminatına alınmayıb. Bu müayinə üsulunun maliyyə tutumu 1200-1500 manat arasındadır. İstərdim ki, bu müayinə üsulunun gələcəkdə icbari tibbi sığorta hesabına qarşılanması təmin edilsin”, – Ə.Əmiraslanov qeyd edib./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600