Bu ölkədə “Covid-19”un yeni ştammları AŞKARLANDI
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “nəzarətdə olan” variantlar siyahısına daxil edilən NB.1.8.1 (“Nimbus”) və XFG qrupu (“Frankenstein”) ştammları Uruqvayda təsdiqlənib.
Yenicag.az xəbər verir ki, bu barədə Uruqvay Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu variantların dövriyyədə olmasına baxmayaraq, ölkədə yoluxma, xəstəxanaya yerləşdirmə və ölüm göstəricilərində artım müşahidə olunmayıb. Nazirliyin açıqlamasına görə, yoluxanların əksəriyyətində simptomlar yüngüldür – əsasən halsızlıq, yüngül qızdırma və yanaq ağrısı ilə müşahidə olunur.
Mütəxəssislər bu variantların daha yoluxucu ola biləcəyini, lakin JN.1 əsaslı yenilənmiş peyvəndlərin hələ də effektiv qoruma təmin etdiyini bildirirlər. Uruqvay hökuməti respirator infeksiyalara qarşı tədbirləri davam etdirir və qrip peyvəndini bir ay daha ödənişsiz həyata keçirəcək.