Bu ölkədə daha iki partlayış – Ölənlər var

Şri-Lankada gün ərzində  daha iki partlayış baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Partlayışlardan biri paytaxt Kolombo şəhərinin ətrafında yerləşən Dehivalı qəsəbəsində qeydə alınıb. İlkin məlumatlara görə, partlayış nəticəsində azı 2 nəfər ölüb.

Sonuncu partlayışla bağlı isə hələlik heç bir məlumat verilməyib.

Qeyd edək ki, daha əvvəl kilsə və otellərdə törədilən 6 partlayış nəticəsində 185 nəfər həyatını itirib.