Nigeriyanın Plato əyalətində törədilən hücumlarda ən azı 21 nəfər ölüb.
Yenicag.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Mvaqhavula Gənclik Hərəkatının rəhbəri Sunday Dankaka jurnalistlərə bildirib ki, çobanlar Manqu və Kuru bölgələrində silahlı hücum ediblər.
Onun sözlərinə görə, hücum zamanı 21 nəfər ölüb, çoxlu sayda yaralı var, yerli sakinlərin evləri isə yanaraq dağıdılıb.
Dankaka qeyd edib ki, onlarla insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Manqu bölgəsində vaxtaşırı çobanlarla fermerlər arasında toqquşmalar olub.
Bu ilin yanvarında Manqu bölgəsində baş verən qarşıdurmalarda aralarında uşaq və qadınların da olduğu azı 90 nəfər həlak olub.
www.yenicag.az