!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ölkələr Ermənistanı silahlandırır: “Gərginliyin artmasında ABŞ və Rusiyanın əli var”

!Reklam – Yazi

“Ermənistanla Azərbaycan arasında gərginliyin artmasında Qərbin, ABŞ-nin, eləcə də Rusiyanın əli var”.

Bu sözləri Ermənistan Azərbaycan arasında gərginlik və bunun səbəblərini şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, Azərbaycanı günahlandırıb cəzalandırmaq üçün addımlar atılır.

“ABŞ-də Demokratlar həmişə ermənilərin tərəfində olublar. ABŞ-də ötən seçki ərəfəsində Azərbaycan fürsətdən istifadə edib, qarşıya qoyduğu məqsədə nail oldu. Qərbin və Rusiyanın yaratdığı Dağlıq Qarabağ problemi var idi və bununla bütün Cənubi Qafqazı təsir altında saxlayırdı. Bu məsələnin həll edilməsi bir çox planları pozmuş oldu”, – deyə o qeyd edib.

Hərbi ekspertin sözlərinə görə, hazırda məcbur etmək istəyirlər ki, ermənilər Qarabağa geriyə qayıtsın:

“Bunu heç ermənilər də istəmir. Digər tərəfdən, Azərbaycanın da şərti var ki, əgər ermənilər qayıtsa, qərbi azərbaycanlılar da öz torpaqlarına qayıtsın. Bütün bunların qarşılığında Azərbaycanı cəzalandırmaq üçün bəhanə lazımdır.

Sual oluna bilər ki, Ermənistanın elə bir gücü yoxdur, necə müharibə edəcək? Ermənistan müharibədən çıxan Ermənistan deyil. Artıq Ermənistan Fransadan, İrandan və Hindistandan silahlar alıb. Ermənistanın hücum deməzdim, ancaq müdafiə potensialı artıb. Yeri gəlmişkən, Ermənistana hücum silahları da verilib. Ən azı sərhəddə təxribat törədə bilərlər. Azərbaycan tərəfi, təbii ki, cavabsız qalmayacaq. Bu dəfə də Ermənistanı yox, Azərbaycanı günahlandırıacaqlar. Qərbin, ABŞ-nin, eləcə də Rusiyanın bu prosesdə əli var”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

652
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv