Bu ölkənin prezidenti vəzifəsindən uzaqlaşdırıldı
Peru Konqresi prezident Dina Boluarteni vəzifəsindən uzaqlaşdırıb.
Yenicag.az xəbər verir ki, bu barədə parlamentin “X” sosial media platformasındakı səhifəsində məlumat verilib.
“Respublika Konqresi prezident Dina Boluarte Zeqarranın istefasını təsdiqləyib. Bununla bağlı Peru Konstitusiyası ilə müəyyən edilmiş hakimiyyətin ötürülməsi proseduru tətbiq olunacaq”, – məlumatda deyilir.
Boluartenin impiçmentindən az sonra Peru Konqresinin prezidenti Xorxe Yeri ölkənin yeni prezidenti kimi and içib.