Bu ölkənin vətəndaşları ABŞ-yə vizasız səfər edə biləcək

media-hightechnic-468x90

İsrail vətəndaşları ABŞ-yə vizasız səfər edə biləcək.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Eli Kohen “Twitter”də bildirib.

Onun sözlərinə görə, ABŞ-nin təqdim etdiyi 2022-ci ilin statistikasına əsasən, bu il viza imtinası alan israillilərin faizi 3%-dən azdır.

“Bu o deməkdir ki, İsrail Vizadan İmtina Proqramına qoşula bilər və 2 ay ərzində İsrail vətəndaşlarının ABŞ-yə səfər etmək üçün vizaya ehtiyacı olmayacaq. Prezident Co Baydenə liderliyinə və prosesə verdiyi dəstəyə görə çox təşəkkür edirəm”, – XİN başçısı qeyd edib.

Qeyd edək ki, Vizadan İmtina Proqramı ABŞ hökumətinin müəyyən ölkələrin vətəndaşlarına turizm, ticarət və ya tranzit yolu ilə 90 günə qədər viza almadan ABŞ-yə səyahət etməsinə imkan verən proqramdır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05