Xarici görünüşünə fikir verənlər üçün sızanaqlar ən arzuolunmaz problemdir.
Gündəlik həyatda qəbul etdiyimiz qidalar dərimizə təsir edərək, sızanaqların yaranmasına səbəb olur.
Lakin sızanaqların yaranmasının səbəblərini aydınlaşdırsaq, bu bezdirici problemlə üzləşməyə bilərik.
Məsələn; “fast-food”, şirin, qazlı içkilər, çips və duzlu qidalar sızanaqların əsas səbəbidir.
Ona görə də aşağıdakı tövsiyələrə əməl etməyiniz lazımdır:
– Rasionunuzdan meyvə-tərəvəzi əskik etməyəcəyiniz təqdirdə, vitamin və minerallar sayəsində daha hamar və parlaq dəriyə sahib olacaqsınız;
– Dəridəki məsamələr təmizlənmədikdə bakteriyalar artır və bu da sızanaqların əmələ gəlməsinə yol açır;
– Sızananqların yaranmaması üçün qidalanmadan əlavə, dərini müntəzəm təmizləmək, nəmləndirmək və bol su içmək lazımdır;
– Stress, yuxu rejiminin pozulması, yorğunluq nəticəsində artan testosteron hormonu (kişi hormonu kimi tanınır, lakin qadınlarda da rast gəlinir) sızanaqların yaranmasına səbəb olur.
– Bədəndə artan testosteron hormonunu spirtli içki, şirniyyat, doymuş yağlar və kafeinlə “dəstəkləsəniz”, sızanaq problemi daha da böyüyəcək.
Bundan başqa, hərəkətsizlik də qanda testosteronun səviyyəsini artırır.
Lakin bütün cəhdlərinizə baxmayaraq, üzdəki sızanaqlar azalmırsa, həkimə müraciət etməyiniz tövsiyə olunur.
Firuzə Alimova
www.yenicag.az