YUNESKO sülhün təşviqi üçün Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir

media-hightechnic-468x90

YUNESKO-nun direktoru Xalid əl-Ənani Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə görüşüb və əməkdaşlıq müzakirə edilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, əl-Ənani bu barədə “X” sosial şəbəkə hesabında yazıb.

“Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə görüşməyimə şadam”, – o bildirib.

Görüşdə YUNESKO ilə Azərbaycan arasında əməkdaşlıq müzakirə edilib: “O cümlədən mədəniyyətlərarası dialoqun, sülhün və dayanıqlı inkişafın möhkəmləndirilməsində mədəniyyətin rolunu müzakirə etdik.

YUNESKO insanların rifahı naminə mədəniyyətin, dialoqun və sülhün təşviqi üçün Azərbaycanla əməkdaşlığın davam etdirilməsini səbirsizliklə gözləyir”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05