!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu qidalar hamilələrdə zəhərlənmə yarada bilər

!Reklam – Yazi

Hamiləlik qadın həyatında həm sevincli, eyni zamanda da məsuliyyətli perioddur.

Bu periodda qadın orqanizmi bir çox faktorlara, ən çox da qidalara qarşı xüsusilə həssas olur. Qida zəhərlənməsi özlüyündə çox ciddi hadisədir. Hamiləlik zamanı isə hipoksiyaya, qanaxmaya, cift aralanmasına, erkən doğuş, cift çatışmazlığı və s. səbəb ola bilər.

Bunu ginekoloq, uzman həkim Rəxşəndə Aslanova açıqlayıb.

Ginekoloq, hamilələrə qidalanmalarına diqqət yetirməyi tövsiyə edərək, hansı qidalardan uzaq durmalı olduqlarını yazıb:

Kremli şirniyyatlar

Şirniyyatlar üçün krem hazırlanarkən yumurta və qaymaq termik emal keçmir, yəni bişirilmir. Bu da, zəhərlənmələrə yol aça bilər.

Yaxşı bişməmiş ət, ət məhsulları

Hamilələr tez-tez dönər, lahmacun, kabab, kolbasa, sosis kimi qidalar istəyir. Lakin tərkibindəki parazit və yumurtalarının tam ölməsi üçün ət minimum 35-40 dəqiqə bişməlidir. Həmin ət məhsulları isə daha qısa müddətdə hazır olur.

Göbələk

Hamilə orqanizmi məhz göbələk zülalını pis həzm edir. Ona görə də xanımlara hamiləlikdə göbələkdən, ən çox da mağazadan alınmayan göbələk növlərindən uzaq durmaq tövsiyə olunur.

Mayonezli yeməklər

Tamamilə imtina edə bilmirsinizsə, çalışın mayonezi süfrəyə verilən anda yeməyə qatın. Hazırlanandan 5-6 saat sonra mayonezli qidalar soyuducuda saxlanılsa belə, təhlükəli ola bilərlər.

Konservlər (xüsusən ev üsulu)

Paştet, balıq, ət konservlərində botulizm və termofil bakteriyaların olma ehtimalı yüksəkdir. Həmçinin üzəri kiflə örtülmüş hər hansı meyvə-tərəvəz turşusunu, mürəbbəni yeməməyə çalışın. Çünki parazitlər və yumurtaları oksigensiz mühitdə sürətlə çoxalır. Qabın təkcə üst təbəqəsi kiflənsə də, böyük ehtimal parazitlər ümumən belə qidaların tərkibinə qarışıb.

Mövsümi olmayan meyvə-tərəvəzlər

Piştaxtalarda qış aylarında gördüyümüz çiyələk, qarpız, yemiş, pomidor, xiyar və s. çox cəlbedici görünsələr də, əslində zəhərlənməyə çox uyğun qidalardır. Çünki onlar ya istixanalarda yüksək dozalı gübrələrin köməyi ilə yetişdirilir, ya da isti ölkələrdən gətirilərkən xarab olmanın qarşısını almaq üçün xüsusi məhlullarla işlənirlər. Belə qidalarda vitaminlər var, lakin zərəri xeyrindən daha çoxdur.

COP29

www.yenicag.az

6841
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv