!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu qurma işdir" - Ərdoğan qalmaqallı derbidən danışdı

!Reklam – Yazi

Ötən gecə Türkiyə Kuboku çərçivəsində keçirilən “Fənərbaxça” – “Beşiktaş” matçında baş verən qalmaqallara görə oyun yarıda dayandırılıb.

Yenicag.az xəbər verir ki, tribunadan atılan yad əşyalardan biri qonaqların baş məşqçisi Şenol Günəşin başına dəyib.

Nəticədə təcrübəli mütəxəssisin başına 5 dikiş qoyulub. Baş verən insidentə görə “Fənərbaxça”nın ağır şəkildə cəzalandırılacağı istisna deyil.

Sözügedən olaylara ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da biganə qalmayıb. O, futbol terrorunun kimlər tərəfindən idarə edildiyini bildirib:

“Tribunlardakı bu terroru biriləri təşkil etdi. Bu, öz-özünə baş verən hadisə deyil. Futbol terrorunun arxasında duranlar var. Bu hadisə həqiqətən də bizi çox məyus elədi. Bir az açıq danışmaq lazımdır. Ortada bir qurma var. Hadisələr yalnız küncdən zərbə vurulan zaman baş verdi. Kuarejma küncdən zərbə vurmaq istəyəndə ona alışqan atırlar. Ardınca Şenol Günəşin başına gələn hadisə… Bunu bağışlamaq olmaz. Hər iki klubun prezidentinə zəng etmişəm. İkisi də bu durumdan şikayətçidirlər. Görək Türkiyə Futbol Federasiyası hansı qərarı qəbul edəcək. Gənclər və İdman Nazirliyi ilə bu məsələnin nəzarətdə saxlayacayıq. Nə lazımdısa, hökümət olaraq bunu edəcəyik”.

COP29

www.yenicag.az

2244
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv