Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) bəzi regional idarələri yenidən formalaşdırılacaq.
Qurumdan Yenicag.az-a verilən məlumata görə, işğaldan azad olunmuş ərazilərdə təmizləmə əməliyyatlarının miqyasının genişləndiyini nəzərə alaraq, təhlükəsizliyin təmin olunması və baş verə biləcək bədbəxt hadisələrin qarşısının vaxtında alınması üçün ANAMA-nın Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd (Ağoğlan), Ağdam, Şuşa, Tərtər, Kəlbəcər, Laçın regional idarələri yenidən formalaşdırılacaq.
ANAMA bu regional idarələrin tərkibində fəaliyyət göstərəcək həkimlərin (həkim-terapevt, təcili yardım üzrə həkim, həkim-anestezioloq-reanimatoloq, həkim-travmatoloq-ortoped, həkim-ümumi cərrah) işə dəvət olunduğunu da açıqlayıb.
www.yenicag.az