Bu şəxslər övladlarını məktəbə göndərməyə BİLƏR
“Evdə koronavirus xəstəsi olan valideyn iltizam məktubu yazaraq övladını məktəbə göndərməyə bilər”.
Yenicag.az xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib.
O bildirib ki, bu qərar ötən il olduğu kimi, yeni tədris ilində də keçərlidir:
“Lakin pandemiya səbəbindən övladını məktəbə göndərmək istəməyən valideynlərin iltizam məktubu yazması məsələsinə baxılacaq. Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarına dəyişiklik edilməlidir”.