Bu su emalı müəssisəsinin fəaliyyəti dayandırıldı

media-hightechnic-468x90

Sumqayıtın İnşaatçılar qəsəbəsində fəaliyyət göstərən içməli su istehsalı müəssisəsinin fəaliyyəti müvəqqəti dayandırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Belə ki, D.Bünyadzadə küçəsi 31B ünvanında fəaliyyət göstərən Bəylər Abas oğlu Əzizova məxsus müəssisədə 19 litrlik sudan nümunə götürülüb.

Məlum olub ki, müəssisədə temperaturun monitorinqi və qeydiyyatı aparılmayıb, havalandırma sistemi quraşdırılmayıb, həmçinin müvafiq təmizlik işləri görülməyib. Bundan başqa, sanitar-gigiyenik və sanitar-texniki nöqsanlar aşkarlanıb.

Müəssisə rəhbəri barəsində inzibati protokol tərtib olunub.

Araşdırmalar davam etdirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa