Bu tapıntı Misirdəki piramidaların sirrini aça bilər
Alimlər Gizadakı piramidaların yaxınlığında Nil çayının qurumuş qolunu tapıblar və bu, onların inşasının sirrini açıqlayır.
Yenicag.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Nature” məlumat yayıb.
Hazırda piramidalar Nil çayından bir neçə on kilometr aralıda yerləşir, lakin misirşünaslar əvvəllər Nilin onlara daha yaxın olduğuna inanırdılar. Peyk çəkilişləri və geoloji məlumatlar təsdiq etdi ki, tədqiqatçıların Nil çayının Əhramat Qolu adlandırdıqları qolu bir neçə min il əvvəl bölgənin bir çox əsas yerlərinin yaxınlığında istifadə edilib.