!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu tarixdən taksilərin qiyməti kəskin bahalaşacaq

!Reklam – Yazi

İyulun 1-dən etibarən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydalar isə kifayət qədər ciddidir. Ona görə də bu vaxtadək fəaliyyət göstərən 45-50 min taksi sürücüsünün heç də hamısı yeni tələbləri qarşılaya bilməyəcək.

Belə vəziyyətdə, iyulun 1-dən sonra nə baş verəcək?

Yenicag.az xəbər verir ki, iqtisadçı ekspert Fuad İbrahimov Bizim.Media-ya açıqlamasında yeni qaydaların tətbiqinə bir neçə gün qalsa da, cəmi 7 min sürücünün icazə vərəqəsi aldığını bildirib:

“Bu da onu göstərir ki, icazə vərəqəsi alan sürücülərin sayı tələbatdan dəfələrlə aşağıdır. Burada məsələyə iki cür – statistik və praktik yanaşma var. Bizim mental xüsusiyyətimiz belədir ki, bütün məsələləri müddət bitməsinə bir neçə gün qalmış və hətta sonuncu gün həll edirik. Fikrimin təsdiqi üçün avtomobillərin texniki baxış və sığorta məsələsini xatırlatmaq istəyirəm. Çoxluq əsasən sonuncu gün hərəkətə keçir. Ona görə də iyunun son günlərində icazə vərəqəsi almaq istəyənlər daha çox olacaqlar.

İkinci yanaşma ondan ibarətdir ki, yeni tələblərə cavab verəcək avtomobillərin ortaya çıxarılmasıdır. Məlumdur ki, hazırda ölkənin avtomobil parkındakı maşınların ən azı 70 faizi 10 il və daha çox istismar olunan avtomobillərdir.

Ona görə də hesab etmirəm ki, bu gün Bakıda və ölkədə yeni tələblərə cavab verən onminlərlə avtomobil olsun. İndiki reallıqdan çıxış edib deyə bilərik ki, gələn həftə güclü taksi qıtlığı və kəskin qiymət artımı ilə rastlaşa bilərik. Çünki tələb təklifi üstələyəndə qiymət artımı qaçılmaz olur. Ona görə də biz iyulun 1-dən sonra fərqli mənzərənin şahidi ola bilərik”.

Fuad İbrahimov onu da əlavə edib ki, qiymət artımı yeni avtomobil sahiblərinin bu sahəyə marağını artıracaq:

“Bundan əlavə qiymət artımı ictimai marağı çoxaldacaq. Bununla belə heç kəs deyə bilməz ki, “Prius”lar iyulun birindən yoxa çıxacaqlar. Ola bilsin ki, həmin avtomobillər qanunsuz yolla fəaliyyətlərini davam etdirməyə çalışacaqlar. Bundan başqa bir çox ölkələrdə qanunsuz onlayn taksi xidmətləri var. Ehtimal ki, bu varianta da əl atılacaq. Yəni qısa zamanda bu qədər taksini bu və digər səbəbə görə dövriyyədən çıxarmaq asan olmayacaq”.

COP29

www.yenicag.az

217
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv