“Bu, təhlükəli nəticələrə gətirib çıxara bilər”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Əl-Əqsa” məscidi ətrafında baş verənlərdən danışıb.
Komitə sədri Mübariz Qurbanlı baş verənlərin dünya üçün çox təhlükəli olduğunu bildirib.
“”Əl- Əqsa” məscidi ətrafında baş verənlər çox təhlükəli nəticələrə gətirib çıxara bilər. Düşünürəm ki, “Əl-Əqsa” məcdidi ətrafında baş verənləri danışıqlar yolu ilə həll edə biləcəklər. Bu məscidin hər hansı formada uçurulması və ya sökülməsi yəqin ki, həyata keçməyəcək”, – deyə Mübariz Qurbanlı bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri bildirib ki, bunun özü İslam dünyası ilə Yəhudi dünyası arasında qarşıdurmaya gətriə və uzunmüddət Ərəb dünyası ilə İsrail arsında olan razılşamaya zərbə vura bilər.
Virtualaz.org xatırladır ki, “Əl-Əqsa” məscidi müsəlmanların ilk qibləsidir. İnşasına Davud peyğəmbər tərəfindən başlanıldığı və oğlu Süleyman peyğəmbər tərəfindən tamamlandığı bildirilir. Məscidül-Həramdan sonra tikilən ən qədim ikinci məscid hesab olunur.
Qurana görə, Məhəmməd peyğəmbər Rəcəb ayının 27-si gecəsi Məscidül-Həramdan “Əl-Əqsa” məscidinə Buraq ilə aparılıb.
Onu da qeyd edək ki, son illər məscid dəfələrlə yerli radikallar tərəfindən murdarlanıb, təhqir olunub. Təzəlikcə isə 40 yaşdan aşağı fələstinlilərin “Əl-Əqsa” məscidinə girişinə icazə verilmir.