!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu, Tehranı çətin duruma salacaq” – İsrail məqsədinə nail olacaq?

!Reklam – Yazi

“İsrailin əsas hədəflər İranın neft hasilatı obyektləridir”.

Yenicag.az xəbər verir ki, bunu Yaxın Şərqdə baş verən hadisələri şərh edən Yaxın Şərq üzrə ekspert Vəli Nəsr deyib.

Onun sözlərinə görə, İsrail Bayden administrasiyasının gərginliyin azaldılması istiqamətində sözlərini dinləmir.

“İsrail bütün təhdidləri aradan qaldırmaq istəyir. Buraya HƏMAS, “Hizbullah” və İran da daxildir. Əsas hədəflər isə İranın neft hasilatı obyektləridir. Bu, daxili vəziyyəti pozmaq, nəticədə Tehran hakimiyyətini çətin duruma salmaq üçün hesablanmış addımdır. Tarixi praktikalardan da müşahidə edildiyi kimi daxildə qeyri-sabitlik yaratmaq üçün ən yaxşı vasitə yanacaq çatışmazlığı yaratmaqdır. Sözügedən hadisələrin İrana nə qədər zərər verəcəyi, İsrailin isə məqsədinə nə qədər nail olacağını zaman göstərəcək”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

158
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv