!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu virusa yoluxanların 75 faizi ölür - Koronadan daha təhlükəlidir

!Reklam – Yazi

Covid-19 pandemiyasından sonra mütəxəssislər növbəti pandemiya təhlükəsi barədə xəbərdarlıq ediblər.

Yenicag.az xəbər verir ki, Banqladeşdə bir kişi meyvə suyu içdikdən sonra həyatını itirib. Onun ölümünə içdiyi meyvə şirəsinin səbəb olduğu deyilir. Bildirilir ki, bu içkini qəbul edən şəxs “Nipah” virusuna yoluxub. Daha sonra onun beyni şişib və dünyasını dəyişib.

Həkimlər yoluxdurduğu insanların 75 faizini öldürən virusla bağlı açıqlama veriblər. Ölən adamın xəstə yarasanın sidiyi və ya tüpürcəyi ilə çirklənmiş xurma suyu içdiyi bildirilib. Qeyd edilib ki, virusa yoluxanların 20 faizində şəxsiyyət dəyişikliyi kimi uzunmüddətli nevroloji problemlər yaranır.

Ölkənin Səhiyyə Nazirliyi ən azı 139 nəfərin içkidən istifadə etdikdən sonra virusa yoluxduğunu açıqlayıb. Nazirlik insanlara çiy xurma suyu içməmək barədə xəbərdarlıq edib. Nipah, meyvə yarasaları və donuzlar kimi heyvanlardan insanlara keçən zoonoz virusdur. İlk dəfə 1999-cu ildə Malayziyada aşkar edilib, lakin əsasən Banqladeş və Hindistanın bəzi yerlərində yayılır.

Alimlər yeni virusun digər ölkələrə də “sıçrayacağını”, hətta koronavurusdan daha təhlükəli pandemiyaya çevriləcəyini istisna etmirlər./yenisabah

 

COP29

www.yenicag.az

178
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv