Bu yaş qrupunda olan insanların NƏZƏRİNƏ: Təzyiq, xolestrol və... - ARAŞDIRMA

media-hightechnic-468x90

ÜST 50 yaşdan yuxarı insanların sağlamlığı ilə bağlı xəbərdarlıq edib. Bildirilib ki, bu yaş qrupunda olan insanlar bəzi xəstəliklərə yoluxa bilər.

Bəs həmin xəstəliklər hansılardır? Qarşısını necə almaq olar?

Yenicag.az 50 yaşdan yuxarı insanlarda yarana biləcək xəstəliklərin siyahısını təqdim edir.

Həmin yaşlarda qan damarları daha elastik olduğundan, təzyiq problemi qaçınılmazdır. Amma düzgün qidalanma və həyat tərzi ilə bunun qarşısını almaq olar. Belə ki, gündəlik 1 saatlıq gəzinti və ya idman təzyiqi normada saxlayır. Həmçinin çox qəhvə tükətməməyə də diqqət etmək lazımdır.

Yüksək xolestrol da həmin xəstəliklər sırasındadır. Bunun qarşısını müxtəlif dərmanlarla və ya təbii qidalarla almaq olar. Vaxtında diqqət yetirilməsə, şəkər xəstəliyinə çevrilməsi qaçınılmazdır.

Osteartrit daha çox qadınlarda görülsə də, 50 yaşdan yuxarı bir çox insanda rast gəlinən bir xəstəlikdir. Bu xəstəlik omba və diz sümüklərinin kəskin ağrımasıdır. Oynaq xəstəliyi olaraq da bilinən osteoartritin üzgüçülük kimi idmanlarla ağrısını azaltmaq mümkündür.

Hər nə qədər gənc nəsildə də baş versə də, göz xəstəlikləri (görmə problemləri) sözügedən yaş qrupunda daha çox rast gəlinir. Cavan insanlar daha çox uzağı görmə problemi yaşayır. Amma 50 yaşdan yuxarı insanlarda yaxını görmə problemi baş verir və məcburən eynəkdən istifadə etməli olurlar.

Şahanə Paşa

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600