Bu yolda hərəkət məhdudlaşdırılacaq

media-hightechnic-468x90

R-51 M-2 (336 km)-Gəncə avtomobil yolunun 2-ci kilometrində yerləşən körpünün təmiri ilə əlaqədar olaraq, 11 iyun saat 00:00-dan başlayaraq sözügedən hissədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.        

Bu barədə Yenicag.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilir ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq. Qeyd edək ki, nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq körpünün yanındakı alternativ yolla təmin olunacaq.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur”, – son olaraq qeyd olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600