Reklam

Reklam

Bakının “Sovetski” adlanan ərazidə aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, sabahdan Abdulla Şaiq küçəsinin Mirzə Fətəli Axundzadə küçəsi ilə kəsişməsi, aprelin 22-də isə Mirzə Fətəli Axundzadə küçəsindən Mirzəağa Əliyev küçəsinə geriyə dönmə yeri saat 23:00-dan növbəti gün saat 06:00-a kimi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq.

Yenicag.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, sürücülərdən bu müddət ərzində Abdulla Şaiq küçəsinə alternativ olaraq Qurban Xəlilov küçəsi və İnşaatçılar prospektindən, Mirzə Fətəli Axundzadə küçəsindən Mirzəağa Əliyev küçəsinə geriyə dönmə yerinə alternativ olaraq isə Nəriman Nərimanov prospektindən istifadə etmələri tövsiyə olunur.

Bundan başqa, Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz faəliyyətini təmin etmək məqsədi ilə 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobusların hərəkət sxemində dəyişiklik ediləcək. 125 nömrəli marşrut xəttinin fəaliyyəti isə müvəqqəti olaraq dayandırılılacaq.

Müvafiq marşrut xətləri üzrə nəzərdə tutulan dəyişikliklər aprelin 23-dən tətbiq ediləcək və mayın 1-nə qədər qüvvədə olacaq.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1504
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."