Büdcəyə daxilolmalar müəyyənləşdi
2015-ci ilin yanvar ayında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 685 milyon 899,4 min manat vəsait daxil olmuş, proqnoz tapşırığına 103,3 faiz əməl edilib.
Yenicag.az azadinform-a istinadən bildirir ki, bu məbləğin 44,6 faizi mənfəət vergisinin, 24,7 faizi əlavə dəyər vergisinin, 9,5 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,8 faizi aksizlərin, 2,9 faizi sadələşdirilmiş verginin, 10,5 faizi isə digər vergilərin payına düşür.
Qeyri-neft-qaz sektoru üzrə 344 milyon 705,6 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz çoxdur.
Hesabat dövründə respublika üzrə 7114 vergi ödəyicisi qeydiyyata alınıb. 1 fevral 2015-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 616 min 242 olub ki, bu da 2014-cü ilin 1 fevral tarixinə qeydiyyatda olan vergi ödəyicilərinin sayından 13,1 faiz çoxdur.
2015-ci ilin yanvar ayında respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 95,1 faiz təşkil edib.