Bulvarın bu hissəsi avtomobillər üçün bağlanır - Bariyerlər quraşdırılır

media-hightechnic-468x90

Bakı bulvarının yeni salınan hissəsində- paytaxtın Səbail rayonu ərazisində, Su İdman Sarayının yaxınlığında yeni bariyerlər quraşdırılır.

Yenicag.az “Caliber”ə istinadən xəbər verir ki, bulvarın bu hissəsində avtomobillər üçün giriş tamamilə bağlanacaq.

Sözügedən mövzu sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Vəziyyəti şərh edən Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva bildirib ki, sözügedən ərazi idarənin balansındadır və onun mühafizə zonasıdır.

“Dənizkənarı Milli Park” haqqında əsasnaməyə görə, rəhbərlik parkın mühafizəsi üçün xüsusi rejim tətbiq etmək səlahiyyətinə malikdir. Bu da qanunla nəzərdə tutulub.

Əraziyə daimi gələnlər üçün heç bir maneə olmayacaq, onlara müvafiq vəsiqələr veriləcək”, – deyə Ə. Mehdiyeva məlumat verib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600