Bizə aid olmayanlarla məşğul olduğumuz üçün heç bir zaman müstəqil olmadıq, başqalarından aslı olduq, bizim yerimizə başqa ölkələr qərar verdi. Artıq suveren və azad olmaq vaxtıdır.
Yenicag.az “CaucasianLive”a istinadla xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Vətəndaş Günü münasibətilə Qavar şəhərində gənclərlə keçirilən görüşündə deyib.
“Bunun yeganə yolu isə qonşu dövlətlər ilə normal, hesablana bilən, mehriban və əməkdaşlıq yönümlü münasibətlər qurmaqdan keçir.
Biz buradayıq, onlar da daima burada olacaqlar. Bizim gedəcəyimiz başqa yer yoxdur. Bunu anlayaraq bu ölkələr ilə normal münasibət qurmalıyıq”, – Paşinyan vurğulayıb.
www.yenicag.az