Danimarkada maraqlı hadisə yaşanıb.
Yenicag.az xəbər verir ki, oradakı ticarət mərkəzlərinin birində “Face id” sistemi quraşdırılıb. Yəni həmin məkana daxil olmaq üçün mütləq gülümsəmək lazımdır.
Əks halda, sistem sizi tanımır və içəri buraxmır. Bu hadisə əhalini cəlb edib və daha çox müştəri gəlməyə başlayıb.
İnsanlar bunun həm çox pozitiv, həm də yaxşı reklam üsulu olduğunu vurğulayıb.
Sosial şəbəkələrdə hadisə ilə əlaqədar yayılan videolar milyonlarla baxış toplayıb.
www.yenicag.az