Bütün bu gərginliyin arxasında dayana Rusiyadır

media-hightechnic-468x90

şşşPolitoloq Vəfa Quluzadə Metyu Brayzanın vaxtilə qalmaqala səbəb olan təyinatıyla bağlı ilginc açıqlamada bulunub:

-Vəfa müəllim, son günlərdə cəbhə xəttində yaranmış gərginliklə ermənilər nə demək istəyir?

-Bütün bu gərginliyin yaradılmasının arxasında dayana Rusiyadır. Ermənilərin arxasında Rusiyadan başqa heç kim dayanmır. Rusiya atəşkəs rejimini daimi odpüskürən vəziyyətdə saxlayır ki, atəşkəs xəttində gərginlik olsun. Bu təxribatların arxasında Rusyanın məqsədli siyasəti dayanır. Yəni bu yolla Azərbaycanı daima təzyiq altında saxlamaq istəyir ki, onun əmrlərinə tabe olsun.Burada başqa bir şey yoxdu.

-Son dövrlərdə ermənilər qondarma erməni soyqrımının 100 illiyi ilə bağlı aktivlik nümayiş etdirərək, beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etməyə başlayıblar. Buna qarşı hansı profilaktik tədbirlər görülməlidir?

-Birincisi, ermənilər beynəlxalq ictimaiyyətin heç bir reaksiyasına nail ola bilməyəcklər. İkincisi, ermənilərə beynəlxalq ictimaiyyətin reaksiyası da heç nəyi həll etmir. Əgər biz böyük hesabla götürsək, onda hər şeyi həll edən tarix və Uca Allahdır. Ermənilər bizim regiona gəlmə bir millət və qondarma bir dövlətdir. Rus imperiyası müsəlman Qafqazında özünə xristian dayağı yaradıb. Rusiya imperiyası heç vaxt erməniləri sevib bizim torpaqda dövlət yaratmayıb, öz maraqları üçün yaradıb. Bir gün Rusiya maraqları tamamilə başqa yerə yönəldəndə və yaxud dövlətin mahiyyəti dəyişəndə görəsən onda ermənilərin halı necə olacaq? Bəlkə də regiondan köçüb getdilər və yenidən vətənsiz bir millətə döndülər. Yaxşı olardı ki, ermənilər bu barədə düşünsünlər. Ətrafdakılarla dost şəraitində yaşamaq haqqında düşünsünlər. Daha Rusiyanın drijorluğu ilə qonşularına hücum etməsinlər. Onların xilas yolu budur.

– Son günlərdə Amerikadakı erməni lobbisi ABŞ-ın Con Bassın Türkiyəyə yeni səfir təyinatına etiraz etməyə başlayıblar. Sizcə onlar buna nail ola biləcəklərmi?

– Erməni lobbisinin arzuları o zaman reallaşır ki, Amerikanın maraqları ilə üst-üstə düşsün. Maraqlar üst- üstə düşməyəndə erməni lobbisi Amerika administrasiyası üçün heç kimdir və onu saymır. Görürsünüz, erməni lobbisi neçə ildir ki, Konqresdə soyqırım məsələsini təsdiq etdirmək istəyir, amma buna nail ola bilmir.

-Onda belə çıxır ki, vaxtı ilə Metyu Brayzanın Azərbaycana təyinatında maraqlar üst-üstə düşdü?

-Mən hesab etmirəm ki, Metyu Brayzanın Azərbaycana səfir təyin olunmasına erməni lobbisi maneçilik yaratdı. Onun arxasında başqa məsələlər dayanırdı. Ermənilərin buna dəxli yoxdu. Brayza dəfələrlə ermənilərin xeyrinə bəyanatlar səsləndirirdi və burada ermənilərin rolu olmadı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600