!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bütün namizədləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırırıq” – MSK

!Reklam – Yazi

Mərkəzi Seçki Komissiyası (MSK) bütün namizədləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırır.

Yenicag.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov deyib.

Bütün namizədlərin bərabər şərtlərə əsaslanan təşviqat kampaniyalarının aparılması üçün qanunvericiliyin tələblərinə uyğun lazımi addımların atıldığını və geniş imkanların yaradıldığını bildirən R.Qasımov qeyd edib: “Bütün dairələrin ərazilərində müvafiq qurumlarla əməkdaşlıq şəraitində kifayət qədər, hətta artıqlaması ilə açıq və qapalı yer müəyyənləşdirilib. Respublika üzrə ümumilikdə 5506 açıq və qapalı yer ayrılıb. Həmin yerlər heç bir ödəniş tələb olunmadan təşviqat subyektlərinin sərəncamındadır. Namizədlər ayrılmış yerlərdə öz seçiciləri ilə sərbəst şəkildə görüşmək imkanına malikdirlər. Eyni zamanda, deputatlığa namizədlər ödənişli seçkiqabağı təşviqata qoşulmaqla bağlı MSK-ya müraciət etmiş 58 media qurumunda bərabərlik prinsipi əsasında və eyni şərtlərlə təşviqat da apara bilərlər”.

“Bütün namizədlərdən təvəqqemiz qanunvericiliyin tələblərinə uyğun, bir-birinə qarşılıqlı hörmət şəraitində təşviqat aparmalarıdır. Təşviqatın hədəfi digər namizədlərə qarşı kampaniya deyil, seçicilərə öz ismarışlarını çatdırmaqdan ibarət olmalıdır”, – deyə R.Qasımov əlavə edib.

MSK sədrinin müavini namizədlərə də müraciət edərək bildirib: “Bütün namizədləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırırıq”.

COP29

www.yenicag.az

155
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv