“Buyonida” platformasının təqdimat mərasimi keçirildi – kiçik sahibkarlıq üçün yeni imkanlar

media-hightechnic-468x90
Bu gün innovativ onlayn satış platforması Buyonida-nın rəsmi təqdimat mərasimi baş tutdu. Tədbirə müxtəlif sahələri təmsil edən sahibkarlar, startap nümayəndələri, texnologiya mütəxəssisləri və media nümayəndələri qatıldı.
Təqdimat mərasimində platformanın təsisçisi Elvar Ağamaliyev geniş təqdimatla çıxış edərək, Buyonida haqqında ətraflı məlumat verdi. O, vurğuladı ki, bu platforma hər kəsin – texniki bilik və vebsayt qurmaq bacarığı olmadan – rahatlıqla öz onlayn mağazasını qurmasına imkan yaradır.
Buyonida aşağıdakı kateqoriyalar üzrə istifadəçilər üçün nəzərdə tutulub:
•Sosial şəbəkələrdə satış edənlər
•Kiçik və orta sahibkarlar
•Pərakəndə satışla məşğul olanlar
•Xidmət və məhsul təklif edən fərdi şəxslər
•Öz şəxsi brendini yaratmaq istəyənlər
•Tədris və rəqəmsal kontent satanlar
•B2B satışla məşğul olan şirkətlər
Təqdimatda platformanın əsas üstünlükləri də nümayiş etdirildi:
•Ödənişsiz qeydiyyat və mağaza qurulması
•Aylıq və gizli ödənişlərin olmaması
• Heç bir kod yazmadan bir online mağazanın asanlıqla qurula bilməsi
• Analitik enteqrasiya dəstəyi
• Mağaza dizaynını fərdiləşdirə bilmə
• Kargo tənzimləmə sisteminin olması
•Sadə interfeys və məhsulların asan əlavə edilməsi
•Visa və MasterCard ilə ödəniş imkanı
•Taksitli alış funksiyasının aktivləşdirilməsi
•Sifarişlərin tam idarə paneli və analitik göstəricilər
•Mobil uyğun vitrin, anbar və kargo inteqrasiyası
•Dropshipping imkanları və ödənişsiz video təlimlər
•Aktiv texniki dəstək
Əlavə olaraq bildirildi ki, Buyonida platformasının istifadəsi tamamilə pulsuzdur. Yalnız satış baş verdikdə, 3.5% xidmət haqqı tətbiq olunur.
Təqdimat mərasimi qarşılıqlı fikir mübadiləsi və iştirakçılarla interaktiv müzakirələrlə davam etdi. Sonda isə iştirakçılar platforma haqqında suallarını ünvanlayıb, canlı demo izlədilər.
Buyonida – satış etmək istəyən hər kəs üçün yeni imkanlar pəncərəsi açır.
media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600