Dünən Xəzər rayonu, Buzovna qəsəbəsinin “Toy gecəsi” şadlıq evində karantin qaydalarının kobud şəkildə pozulması ilə müşahidə olunan toy mərasimi keçirilib.
Yenicag.az Editor.az-a istinadən xəbər verir ki, toy mərasimini Buzovna bələdiyyə sədri Mətləb Əliyev oğlu Firuz üçün təşkil edib.
Görüntülərdən də aydın olur ki, Operativ Qərargahın toyların keçirilməsi ilə bağlı müəyyən etdiyi qaydalara baxmayaraq toyda 500 nəfərə yaxın qonaq iştirak edir və toyda karantin qaydaları kobud şəkildə pozulub.
Qeyd edək ki, Operativ Qərargahın toyların keçirilməsi ilə bağlı qəbul etdiyi qərarda toy iştirakçılarının sayı 50-150 arası olmalıdır.
www.yenicag.az