!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Byazi jurnalistin bu sualına qəzəbləndi

!Reklam – Yazi

Futbol üzrə milli komandamızın baş məşqçisi Canni de Byazi AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində səfərdə Estoniya üzərində 2:0 hesablı qələbədən sonra mətbuat konfransı keçirib. 

Yenicag.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə qələbə emosiyalarını bölüşüb.

– Yaxşı oyun göstərdik. Erkən qol vurduq. Rəqib fiziki yaxşı hazır idi. Dəyişikliklərə gəlincə, 3 oyunçumuzda sarı vərəqə var idi. Təhlükəli idi.

– Millimiz Avropa və dünya çempionatlarının seçmə mərhələsində 73 aydan sonra qələbə qazandı. Bunlardan yarıdan çoxu – 39 ayı sizin payınıza düşür. Statistika acıdı, ancaq şərhiniz maraqlıdı: bu tsikldə daha 1 qələbə qazanmaq potensialımız var?

– Ümid edirəm.

– Əvəzetmələr zamanı sanki Mahir və Rahil narazı idilər…

– Üç gündən sonra vacib oyunumuz var. 65-68 dəqiqə oynadılar. Bir daha qeyd edirəm ki, sarı vərəqələri var idi. Ola bilər qol vurmadıqları üçün narazı idilər.

– Qələbə gözəldir, amma millimiz çoxdandı belə zəif rəqiblə qarşılaşmırdı…

– (qəzəblənir). Siz sevinməyi bacarmırsınız. Sual çətin deyil, sadəcə, sual verə bilmirsiniz…/Qafqazinfo/

www.yenicag.az

282
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv