“Fonoqram oxuyanlar toya canlı oxuyanlardan baha qiymətə gedir”.
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış bəstəkar Cabbar Musayev “GünaydınAzərbaycan” verilişində deyib.
O, fonoqram oxuyanların toylarda daha çox pul qazandığını bildirib:
“Əvvəllər də musiqini duya bilməyənlər var idi, amma televiziyalar onlara qucaq açıb, qəbul etmirdilər. Bədbəxtliyə baxın ki, fonoqram oxuyanlar toya canlı oxuyanlardan baha qiymətə gedir. Toy yiyəsi də əl çalır, pulun da verib, bəh-bəhlə yola salır. Canlı olaraq bir-iki mahnı oxumalıdır axı, bilinsin ki, nə var, nə yoxdur. Amma deyir, mən gəlib fonoqram oxuyacağam, milyonlarla da pul alacağam. Toy yiyəsi də deyir, gəl, qadan alım, nə qədər də istəyirsən fonoqram oxu. Bir müddətdən sonra heç toyda ansambl da olmayacaq. Bir nəfər dicey gələcək, aparatı quracaq, planşeti qoyacaq ki, oxusun”.
Nehru
www.yenicag.az