Çap mətbuatının köhnə dərdi: reklam

media-hightechnic-468x90

10555043_10204256336681337_562896342_nYadigar Məmmədli: “Reklam bazarı sərbəst deyil”

Uzun müddətdir ki, çap mətbuatının reklamla təmini məsələsi gündəmdədir. Amma hələ də məsələ ölü nöqtədən tərpənməyib.

Nəticədə çap mətbuatı çətin durumda qalmaqda davam edir.

Yenicag.az saytına açıqlamasında Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli mətbuatın reklamla təmini məsələsinin gecikməsini bu sahədə monopoliyanıın hökm sürməsi və rəqabətin olmamasında görüdüyünü bildirdi: “Ümumiyyətlə, reklam məsələsi Azərbaycanda problemli məsələlərdəndir. Bu problem özünü təkcə media sahəsində deyil, bütün sahələrdə göstərir. Reklam böyük bir bazardır. İnkişaf etmiş ölkələrdə, hətta qonşu Gürcüstanla müqayisədə, Azərbaycanda reklam bazarı kasaddır. Mətbuatın reklamla təmini məsələsinin həll edilməməsində başlıca səbəb ölkəmizdə reklam bazarının tam oturuşmaması ilə bağlıdır. Azərbaycanda bazar münasibətləri yaransa da, təəssüf ki, liberallaşmayıb, bu sahədə də monopoliya hökm sürür. Reklam bazarı da sərbəst deyil. Bu da təbii ki, rəqabətə gətirib çıxarmır. Rəqabət olmayan yerdə isə reklam da yoxdur. Bunun da əsas zərərini media əhli görür. Əslində mətbuatın gəlirinin əsas hissəsini reklam təşkil etməlidir. Amma bu olmadığından ölkəmizdə media qurumları ciddi problemlə üz-üzədir”.

 

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600