!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cari il üçün BƏDBİN PROQNOZ: Kommersiya iflaslarının artacağı gözlənilir

!Reklam – Yazi

Qlobal iqtisadi böhranın təsirləri nəticəsində şirkətlərin iflasını sürətlə artıracağı gözlənilir

Yenicag.az xəbər verir ki, “Allianz Trade” tərəfindən hazırlanan “Qlobal İflas Hesabatı”na görə, kommersiya iflasları 2022-ci ildə 10 faiz, 2023-cü ildə isə 14 faiz artaraq epidemiyadan əvvəlki səviyyəyə yaxınlaşacaq. Türkiyə və Mərakeşdə iflasların rekord həddə çatacağı proqnozlaşdırılır.

Belə ki, Rusiya-Ukrayna müharibəsinin davam etməsi və Çində yeni karantin tədbirlərinin tətbiqi şirkətlər üçün risk balansını əhəmiyyətli dərəcədə artırıb. Hesabata görə, bu iki problemin yaratdığı qlobal çətinliyə tədarük zəncirinin pozulması, ərzaq qıtlığının yaranması, xüsusilə enerji və əmtəə sektorunda xərclərin artması daxildir.

Rusiyada iflasların sayının artacağı proqnozlaşdırılır. Fransa və Almaniyada iflas səviyyəsi dövlət subsidiyaları vasitəsilə süni şəkildə aşağı səviyyədə olacaq. Böyük Britaniyada isə iflasların kəskin artması müşahidə oluna bilər. Eyni zamanda, bu il İtaliya və İspaniyada da iflasların artması gözlənilir.

“Qlobal İflas Hesabatı”na əsasən, Avstraliya və Tayvanda aşağı, Yaponiya, Cənubi Koreya, Honq-Konq və Yeni Zelandiyada isə çox aşağı olan iflas səviyyələrinin artacağı proqnozlaşdırılıb.

Gülşən Şərif

www.yenicag.az

472
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv