Casusluqda ittiham olunan şəxs BURAXILDI

media-hightechnic-468x90

 

İsveç hakimiyyəti mayın 11-də casusluq şübhəsi ilə saxlanılan şəxsi sərbəst buraxıb.

Yenicag.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə mayın 14-də ölkənin Prokurorluğu məlumat yayıb.

Prokuror Per Lindkvist bildirib ki, həmin şəxsin həbsdə saxlanması üçün daha əsas yoxdur. O qeyd edib ki, baxmayaraq ki, araşdırmalar hələ də davam edir.

Mayın 13-də isə İsveçin dövlət yayımçısı SVT anonim mənbələrə istinadən casusluq şübhəsi ilə saxlanılan şəxsin İsveç diplomatı olduğunu bildirmişdi.

Qeyd edək ki, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalına başladığı vaxtdan bəri İsveçdə dəfələrlə casusluq faktları ilə bağlı cinayət işləri açılıb. Bu halların bir qismi Rusiya lehinə casusluqla bağlı olub.

Hazırda İsveçdə dövlətə təhlükə yaradan şəxslərin pasportlarının əlindən alınmasına imkan verəcək konstitusiya dəyişiklikləri də müzakirə olunur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600