!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cavanşir Feyziyevin ailə üzvlərinə qarşı KORRUPSİYA İTTİHAMI: “Deputat çıxıb buna izahat verməlidir” - ŞƏRH

!Reklam – Yazi

“İstənilən halda, susmağın və ya cavab verməkdən yayınmağın doğru yöntəm olmadığını düşünürəm”.

Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyevin ailə üzvlərinin Böyük Britaniyadakı ümumi məbləği 15 milyon funt sterlinq (35 milyon manat) olan bank hesablarına həbs qoyulması və onların korrupsiyada ittiham olunmalarına deputatdan hələ ki hər hansı şərh verilməməsinə münasibət bildirən Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ailə üzvlərinə qarşı bu kimi ciddi ittihamlar irəli sürülən deputat məsələyə mütləq aydınlıq gətirməlidir:

“İstənilən halda, xüsusilə də, parlamentin üzvü olan şəxsin biznes fəaliyyəti, ümumiyyətlə, maliyyə durumu, həmçinin başqa məsələlər barəsində hesabatlılığı və şəffaflığı cəmiyyətin təmin olunmasını istədiyi haqlı tələblərdən biridir. O baxımdan, mən bu barədə tam məlumatlı olmasam da, fikrimi ümumi formada belə ifadə edə bilərəm ki, əgər ortada belə iddialar dolaşırsa, həmin iddialarla bağlı ictimaiyyətə izahat verilməlidir.

Niyə? Ona görə ki, ali qanunvericilik orqanının üzvü adının bu cür məsələlərdə hallandırılmasına aydınlıq gətirməlidir. Ailə üzvləri ilə bağlı da nəsə varsa, təbii ki burada onun özü birbaşa məsuliyyət daşımır – bu, anlaşılan məqamdır. Çünki hər kəsin çox sayda ailə üzvləri ola bilər və onların hər hansı əməllər törətməsi, yaxud da qanunsuz biznes fəaliyyəti ilə məşğul olması istisna deyil. Bu halda deputatın məsuliyyəti haqda danışa bilmərik.

Əgər onun özünün bu məsələlərə birbaşa dəxli varsa, bəli, izahat verməsi vacibdir. Ümumiyyətlə isə onun adının hallandırılmasını nəzərə alaraq, düşünürəm ki, hörmətli deputat cəmiyyətə izahat verməlidir. Yəni açıqlama verməlidir ki, bu məsələnin şəxsən ona nə dərəcədə aidiyyatı var? Varsa, bunun qanuni və ya qeyri-qanuni tərəflərinə aydınlıq gətirməlidir. Yaxud da, bəlkə ortada ona qarşı qaralama kampaniyası var? Deputat bunu da izah etməlidir. İstənilən halda, susmağın və ya cavab verməkdən yayınmağın doğru yöntəm olmadığını düşünürəm”.

A.Zeynalov

www.yenicag.az

630
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv