Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Cavid Hüseynov: "Qız deyiləm ki..."  

Reklam: High Technic

Azərbaycan Premyer Liqasının I turu çərçivəsində keçirilən “İnter” – “Qəbələ” matçı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Yenicag.az saytına açıqlama verən “qırmızı-qaralar”ın kapitanı Cavid Hüseynov qələbəni şərh etməklə yanaşı, bəzi məqamlara aydınlıq gətirib:

“Çempionatın ilk oyunu idi. İlk oyunlar hər zaman çətin olur. Daha sonra iki qol vurduq. Bundan sonra komanda bir qədər rahatlaşdı. İkinci hissənin əvvəlində topu özümüzdə saxlasaq da, sonradan vəziyyət dəyişdi. Nəticədə qapımızdan qol buraxdıq”

Bundan başqa Cavid Hüseynov penalti epizodunda komanda yoldaşı Filip Ozobiçlə aralarında baş verən kiçik mübahisə barədə də əməkdaşımızın sualını cavablandırıb. Məsələ burasındadır ki, təyin olunan penaltini Cavid vurmaq istəsə də, ağ nöqtəyə yaxınlaşan Ozobiç olub. Hüseynov isə Ozobiçlə danışandan sonra geri çəkilib. O, məsələyə belə aydınlıq gətirib: “Əslində, şərh edəcək durum yoxdu. Heç bu barədə danışmaq da istəmirəm. İndiyədək penaltiləri mən vurmuşam da. Ozobiç dedi ki, penaltini özü vursun, mən də “vur” dedim. Qız deyiləm ki, küsəm. Sonra da gəlib üzr istədi”.

Yenicag.az

www.yenicag.az

291