!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cavid Osmanov YAP-ın siyahısından danışdı: “O zaman belə məsləhət idisə...”

!Reklam – Yazi

“Dünən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirildi və gündəlikdə duran bir sıra məsələlər müzakirəyə çıxarıldı. Burada əsas məsələ sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı idi”.

Bu sözləri Yenicag.az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Hakim partiyanın builki seçkilərdə namizədliyini verən şəxslər arasında adının olmaması ilə əlaqədar danışan eks-parlamentari diqqətə çatdırıb ki, artıq bununla əlaqədar yekun siyahı təsdiqlənib:

“İlk növbədə, YAP-ın bütün namizədlərinə uğurlar arzulayıram. Əminəm ki, YAP bu dəfə də möhtəşəm bir qələbə qazanacaq və parlamentdə çoxluq təşkil edəcək. Eyni zamanda, fürsətdən istifadə edib möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan və YAP-ın sədri cənab İlham Əliyevə, bütövlükdə partiya rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. V və VI çağırış Milli Məclisə namizədliyim irəli sürülüb, dəstəklənmişdi və mən 2 çağırış millət vəkili olmuşam. O zaman belə məsləhət idisə, bu gün də belədir. Əlbəttə ki, bundan sonra da YAP-a və möhtərəm cənab Prezidentimizi yürütdüyü siyasətə sədaqətlə xidmətimi davam etdirəcəyəm”.

Rafi Müslümov

COP29

www.yenicag.az

588
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv