Cavid Tağıyevin yeni klubu
“Sumqayıt” 2017/2018 mövsümü üçün növbəti transferini həyata keçirib.
Yenicag.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilşisi son olaraq “Zirə”də çıxış etmiş Cavid Tağıyevi heyətinə qatıb.
24 yaşlı futbolçu komandayla 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Tağıyev “Zirə”dən başqa, “Turan, AZAL və “Qarabağ”ın şərəfini qoruyub. O, həmçinin vaxtilə Azərbaycanın U-19, U-21 və əsas millinin şərəfini qoruyub.