“Bir insanla münasibətə başlayan kimi, bütün istəklərini ilk anda ortaya çıxarırsansa, hər şeyi tez əldə etmək istəyirsənsə, o sevgi deyil”.
Yenicag.az xəbər verir ki. bu sözləri aktyor Cavidan Novruz “Xəbərin var?” verilişində deyib.
Sənətçi əsl sevgilərin əbədiyyətə qədər davam etdiyini bildirib:
“Əsl sevgi var. Sevgi sevdiyin insana həmişə həsrətlə baxmaqdır. İstədiyin anda əlindən tuta bilməməkdir. Dəyər vermək söhbəti var. Bir insanla münasibətə başlayan kimi, bütün istəklərini ilk anda ortaya çıxarırsansa, hər şeyi tez əldə etmək istəyirsənsə, o sevgi deyil”.
“Elə sevgi var, ölürsən ondan ötrü, amma nə isə maneə var, birləşə bilmirsən, bu sevgidir. İnsanlar tanıyıram, 40-50-70 yaşına çatıblar, amma ilk sevgilərini sübut ediblər. Lakin indi bilmirsən, doğrudan sevir, ya yalandan. Amma onu bilirəm ki, insan qəlbən sevəndə bədbəxt olur. Məndə isə dramatik sonluqla bitən sevgi olmadı”.
Nehru
www.yenicag.az