Rus model Nataliya Vodianova yeni kripto valyuta yaradıb.
Yenicag.az xarici KİV-ə xəbər verir ki, cazibədar model yaratdığı valyutaya “Lovecoin” adını verib. Nataliya bu kripto valyutanı xeyirxah məqsədlər üçün sərf edəcək. Belə ki, lavkoindən gələn bütün gəlir ehtiyacı olan şəxslərə bağışlanacaq. Bunun üçün artıq “Elbi” adlı mobil tətbiq də istifadəyə verilib.
“Elbi” vasitəsilə lavkoin alanlar bu kripto pulla “Givency”, “Dior”, “Fendi” və “Christian Louboutin” kimi tanınmış brendlərdən alış-veriş edə biləcəklər.