Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Cəbhəboyu ərazilərdə raketlər, top mərmisi zərərsizləşdirildi - FOTO

Oktyabrın 22-si Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Cəbrayıl, Füzuli, Goranboy, Kürdəmir, Qəbələ və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 33 (otuz üç) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 1 (bir) müraciət daxil olub.

ANAMA-dan Yenicag.az-a verilən məlumata görə, daxil olmuş 34 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Boyat, Kürdlər, Hacılar, Salmanbəyli kəndləri, Ağdam rayonunun Qaradağlı kəndi, Cəbrayıl rayonunun Şəbə kəndi, Füzuli rayonunun Alxanlı, Şükürbəyli, Qazaxlar kəndləri və Horadiz şəhəri, Goranboy rayonunun Tapqaraqoyunlu, Həmənli, Qızılhacılı, Qarasuçu kəndləri, Kürdəmir rayonunun Çöhramlı kəndi, Qəbələ rayonunun Hacalı kəndi, Tərtər rayonunun Cəmilli, Səhləbad, Yuxarı Sarıcalı kəndləri, Şıxarx qəsəbəsi, Ü.Hacıbəyov küçəsi ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 30 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843B), 1 ədəd 9N235 bombacığı, 2 ədəd Elbrus/Scut (8K14) raketinin partlamış hissələri və 38 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 2 ədəd 300 mm-lik 9M528 raketi və 1 ədəd 125 mm-lik top mərmisi (OF-26) zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 4 913 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Ümumilikdə Agentlik tərəfindən 27 sentyabr – 22 oktyabr 2020-ci il tarixlərində 789 siqnal (əməliyyat çağırışı) əsasında 654 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Naftalan, Kürdəmir, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Xızı, Oğuz, Qəbələ rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, Bakı-Tbilisi-Ceyhan Boru Kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib, 107 ədəd partlamamış hərbi sursat (PHS), 1 144 ədəd 9N235 bombacıqları, 1 180 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd qaz qumbarası, 12 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 6 ədəd dron (zərərsizləşdirilib), 2 ədəd raketin mikrosxemi və 366 ədəd partlamış raket hissələri aşkar olunub.

www.yenicag.az

215