Cəbhədə daha üç erməni zabiti öldü – Rəsmi

asds333ddAzərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinin təmas xəttində zərərsizləşdirilən Ermənistan Silahlı Qüvvələrinin daha 3 hərbi qulluqçusunun adı açıqlanıb.

Bunlar 1985-ci il təvəllüdlü mayor Ayk Torosyan, 1993-cü il təvəllüdlü baş leytenant Merujan Stepanyan və kiçik serjant Ruben İskəndəryandır.

Xatırladaq ki, aprelin 4-də Ermənistan tərəfi daha 7 hərbçinin öldüyü barədə xəbər yaymışdı.