!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəbrayıl rayonun üçün yeni DÖVR: “Qısa zamanda insanlarımızın rahat yaşadığının şahidi olacacağıq”

!Reklam – Yazi

“Biz deyə bilərik ki, bu gün Cəbrayıl yeni bir dövrə, mərhələyə qədəm qoyur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında işğaldan azad olunmuş Cəbrayıl rayonuna baş tutan ilk köç və orada vətəndaşlar üçün yaradılan şərait barədə danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, çox sevindiricidir ki, bu gün Cəbrayıllılar da öz doğma yurdlarına köçürlər.

“Məlum olduğu kimi, uzun müddətdir Cəbrayılda quruculuq bərpa işləri həyata keçirilirdi. Artıq binaların bir hissəsi hazırdır. Birinci köç başlayır və çox sevindiricidir ki, bu gün cəbrayıllılar da öz doğma yurdlarına köçürlər. Bunu səbirsizliklə gözləyirdik. İlkin mərhələdə 100-ə yaxın ailənin köçürülməsi planlaşdırılıb və artıq onlar yaxın vaxtlarda doğma Cəbrayıla köçərək, orada məskunlaşacaqlar”, – deyə o qeyd edib.

Deputat əlavə edib ki, bu istiqamətdə hazırda ciddi işlər görülür, addımlar atılır.

“Deyə bilərik ki, bu gün Cəbrayıl yeni bir dövrə, mərhələyə qədəm qoyur. Bu gün orada bir sıra müəssisələr var. Araz vadisi iqtisadi zonası bir müddətdir ki yaradılır. Orada xeyli işlər görülüb. İşıq elektrik stansiyası, xəstəxana tikilir, polis idarəsi var və digər sturukturlar var və onlar öz fəaliyyətlərini orada uğurla davam etdirirlər.

Bu gün Cəbrayılda dövlət qurumlarının fəaliyyəti üçün şərait yaradılır. Hesab edirəm ki, orada əhalinin məskunlaşması üçün hər cür şərait və imkan mövcuddur. Qısa zamanda da orada insanlarımızın rahat yaşadığının şahidi olacacağıq. Bu dövlətimizin növbəti uğurudur, qələbəsidir və bir yerdə bu uğura nail olmuşuq”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

226
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv