Cəfər Cabbarlı adına 161 nömrəli tam orta məktəbdə şəhid Elnur Rüstəmovun anım günü tədbiri keçirildi - FOTO/VİDEO

media-hightechnic-468x90

 

44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək torpaqlarımızın işğaldan azad olunması uğrunda canını fəda edən şəhid Elnur Rüstəmovun anım günü ilə bağlı Cəfər Cabbarlı adına 161 nömrəli tam orta məktəbdə tədbir təşkil edilib.

media-whatsapp-image-2025-11-06-at-12-38-21-7

Yenicag.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlanıb. İlk olaraq, torpaqlarımızın azad edilməsi uğrunda canını fəda edən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

media-whatsapp-image-2025-11-06-at-12-38-20-8

Tədbirdə Tədris işləri üzrə direktor müavini Nahid Fərəcov, Məktəbdənkənar və Sinifdənxaric işləri üzrə təşkilatçı Ülviyyə Şükürova, kimya laboratoriya müdiri Xuraman Qənbərova, Uşaq Birliyi rəhbəri Qənirə Rzalı, şəhid Elnur Rüstəmovun həyat yoldaşı Sara Rüstəmova və övladları Elcan, Yunis, Adəm, şəhid polkovnik-leytenant Mehman Qənbərovun övladı Ceyhan, şəhid polkovnik-leytenant Həmdəm Ağayevin oğlu Ziya, Elnur Rüstəmovla çiyin-çiyinə döyüşən hərbçi dostları, məktəbin müəllim kollektivi, Təranə Qəhrəmanova, Samirə Abdullayeva və şagird kollektivi iştirak ediblər.

Elnur Rüstəmovun adını daşıyan 5-ç sinif otağında keçirilən mərasimdə həmin sinfin şagirdləri şəhidimizin doğum gününə həsr olunmuş şeirlər səsləndiriblər.

media-whatsapp-image-2025-11-06-at-12-38-20-14

Sonra söz şəhidimizin hərbçi dostlarına verilib. Vətən müharibəsi qəhrəmanı Yaşar Hüseynov şəhid Elnur Rüstəmovla birlikdə keçdikləri döyüş yolundan danışıb. İqbal Mirhüseynov və Malik İsmayılov isə şəhidimizin ruhunun hər zaman yanlarında olduğunu vurğulayıblar.

media-whatsapp-image-2025-11-06-at-12-38-21

Daha sonra söz Məktəbdənkənar və Sinifdənxaric işləri üzrə təşkilatçı Ülviyyə Şükürovaya verilib. O, çıxışında məktəbin rəhbərliyi, xüsusilə direktor Rəna Hüseynova başda olmaqla, hər zaman şəhid və qazi övladlarına xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb. Ülviyyə Şükürova müəllimlərə və məktəbin kollektivinə təşəkkür edərək, şagirdləri vətənpərvərlik ruhunda yetişdirməkdə göstərdikləri fədakarlığı yüksək qiymətləndirib.

media-whatsapp-image-2025-11-06-at-12-38-20-13

Daha sonra söz 5-ç sinfin rəhbəri Təranə Qəhrəmanovaya verilib. O, çıxışında bildirib ki, hamımız şəhidimiz Elnur Rüstəmovun övladlarının yanındayıq və onun hər zaman dəstəyində olacağıq. Təranə Qəhrəmanova əlavə edib ki, şəhid övladları bizə əmanətdir və hər birimizin üzərinə düşən vəzifə, onları təkcə məktəbdə deyil, həyatda da layiqli və güclü vətənpərvər və insan kimi yetişdirməkdir.

media-whatsapp-image-2025-11-06-at-12-38-21-2

Sonra söz 4-cü sinfin rəhbəri, vətən qızı Samirə Abdullayevaya verilib. O, çıxışında bildirib ki, tarix yazan qəhrəmanlarımızı hər zaman yad etmək və onların fədakarlıqlarını qiymətləndirmək biz müəllimlərin ən müqəddəs borcudur. Samirə Abdullayeva əlavə edib ki, şəhid övladları bizə əmanətdir və onları qorumaq, gələcəyə sağlam və mənalı şəkildə hazırlamaq bizim üzərimizə düşən ən böyük məsuliyyətdir. O, xüsusilə qeyd edib ki, Elnur Rüstəmovun övladı Adəm, həmçinin Mehman Qənbərovun övladı Ceyhan kimi qəhrəmanların övladlarına dərs keçmək, onun üçün böyük bir şərəf və qürur mənbəyidir.

media-whatsapp-image-2025-11-06-at-12-38-20-4

Tədbirin sonunda, şəhid Elnur Rüstəmovun xatirəsinə həsr olunmuş xatirə şəkli çəkilib.

Məsimə Məmmədova

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa