“Elə uşaqlığımdakı kimi ölümünüzə çox pis oldum”.
Yenicag.az xəbər verir ki, bu sözləri aktyor Tural Əhməd bu gün son mənzilə yola salınan Xalq artisti Ənvər Həsənovun vəfatından sarsılaraq deyib.
Uşaq ikən “Yeddi oğul istərəm” filminə ilk dəfə baxdıqda Cəlalın ölümünə kədərlənən aktyor bu gün də aktyorun vəfatı xəbəri ilə kədərlənib:
“Yeddi oğul istərəm” filminə ilk dəfə baxdıqdan sonra Cəlalın ölümünə görə çox pis olmuşdum. Anam məni inandırmağa çalışırdı ki, Cəlal filmdə ölüb, həyatda sağdır. İndi isə həmin o Cəlal həyatda da yoxdur. Anam da yoxdur ki, mənə təsəlli versin. Allah sizə rəhmət eləsin, Ənvər müəllim… Elə uşaqlığımdakı kimi ölümünüzə çox pis oldum”.
Cəvahir
www.yenicag.az