Cəlilabadda ailə dramı

media-hightechnic-468x90

4B1N3X4Z2K-20346Cəlilabad rayonunda bir ailədə baş verən faciə bütün qəlbləri dağlayıb.

Yenicag.az xəbər verir ki, faciəvi hadisə rayonun Alar kəndində qeydə alınıb. Belə ki, iyunun 13-də günorta saatlarında 12 yaşlı Əhmədova Samirə Teyyub qızı faciəvi şəkildə dünyasını dəyişib. Atın yüyəyini qoluna bağlayan 12 yaşlı qızı at kəndin içində sürüyüb. Arxasıyca yüyəninə dolaşmış qızı sürükləyən atı çətinliklə saxlaya biliblər. Belə ki, kənd sakini Mamed Quliyev biraz mürgüləmək üçün kəndin arxasında mal-heyvanlarını otararkən öz şəxsi atını yaxınlıqda oynayan S.Əhmədovaya tapşırıb. M.Quliyev 12 yaşlı qıza deyib ki, atın yüyənindən möhkəm yapışmasa, əks halda, at qaça bilər. Buna görə də, atın yüyənini qoluna dolayan qız atın hürküb qaçması nəticəsində yüzlərlə metr sürünüb və hadisə yerindəcə keçinib. 12 yaşlı qızın ölümündən sonra Əhmədovlar ailəsinə növbəti faciə üz verib. Belə ki, bacısının ayrılığına dözə bilməyən 24 yaşlı qardaşı da qəflətən dünyasını dəyişib. 24 yaşlı Əhmədov Nemət Teyyub oğlu bacısının ölüm xəbərini eşitdikdən sonra səhhətində problemlər yaranıb. Onun halı pisləşib. O, bacısından ayrı qala bilməyəcəyini ailəsinə də deyib. Nəhayət, bacısının ölümünün 4-cü günündə N.Əhmədovun da ürəyi partlayaraq ölüb.

N.Əhmədov uşaq vaxtı insult keçirdiyindən sosial həyatdan məhrum olub. Bu səbəbdən o, həmişə bir evdə böyüdüyü bacısıyla oynayarmış. Hətta N.Əhmədov bacısını o qədər çox istəyərmiş ki, bacısının məktəbdən gəlməsini səbrsizliklə gözləyərmiş. Qeyd edək ki, faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırmalar aparılır. (islamazeri.az)

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600