Reklam

Reklam

Cəlilabad rayonunda itkin düşən iki məktəbli tapılıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Xalid Əliyev və həmyaşıdı İsmayıl Əmənov bu gün Bakı şəhərində tapılıblar.

Məlumata görə, hər iki şəxs Bakının mərkəzi “Nizami” küçəsində tapılıb. Uşaqlar evdən getməsinin səbəbini Yeni il bayramını Bakıda keçirmək istəyi ilə izah ediblər. Onların Bakıdakı hotellərin birində gecələdiyi məlum olub.

Qeyd edək ki, Cəlilabad şəhərindəki Zərifə Əliyeva adına 7 saylı tam orta məktəbin 9-cu sinif şagirdləri Xalid Əliyev həmyaşıdı İsmayıl Əmənovla birgə dekabrın 21-də dərsə getmək adı ilə evdən çıxıb, geri qayıtmayıblar.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2592
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."