“Çelsi”inin yeni baş məşqçisi məlum olub

media-hightechnic-468x90

538524e01109e16e37d197ba4c1dde03Joze Mourinyonun istefasından sonra “Çelsi”nin baş məşqçisiz günləri çox çəkməyəcək. Apasport.az saytının “The Telegraph”a istinadən məlumatına görə, komandanın vakant postu Quus Hiddinqə tapşırılıb.

Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb. Məlumata görə, Hiddinq artıq sabahdan yeni iş yerində ilk məşqinə çıxacaq və “Sanderlend”lə oyunda komandasının başında olacaq. Digər bir məlumatda isə bildirilir ki, hollandiyalı mütəxəssisə bu postda “zadəganlar”ın keçmiş futbolçusu Didiye Droqba kömək edəcək.

Qeyd edək ki, 69 yaşlı mütəxəssis daha əvvəl 2008/2009 mövsümündə də londonluların baş məşqçisi olub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa